İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qobustan rayonunun Çuxanlı kəndində işgüzar forum keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
- cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının yaradılması;
- pendir, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB