Dekabrın 23-də İran İslam Respublikasının Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək. SİA-nın Nəqliyyat Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycanln nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, Xəzəryanı ölkələrin nəqliyyat üzrə imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.
Yekun olaraq "Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı"nın qəbul olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB