Millət vəkili: “Ölkədə istehsal olunan mallarda qiymət artımı olmamalıdır” AÇIQLAMA

Millət vəkili: “Ölkədə istehsal olunan mallarda qiymət artımı olmamalıdır” AÇIQLAMA

"Manatın devalivasiyası gözlənilən idi. Çünki dünya iqtisadiyyatında milli valyutaların qiymətdən düşməsi, o cümlədən də neftin qiymətinin ucuzlaşması durmadan baş verir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili qeyd edib ki, neftin qiymətinin düşməsi neft satışından ölkəmizə gələn xarici valyutaların həcminin kəskin azalmasına gətirib çıxarıb: "Azərbaycan dünyanın bir parçasıdır və dünyada baş verən iqtisadi proseslərdən kənarda qalmaq qeyri-mümkündür. Biz, manatın məzənnəsini Mərkəzi Bankın rezervləri hesabına qorumağa uzun müddət saxlasaydıq ölkə iqtisadiyyatı müəyyən çətinliklərlə üzləşə bilərdi. Ona görə də manatın məzənnəsinin xarici valyutalarla nisbətdə aşağı salınması vacib addım idi. Düşünürəm ki, bugünkü devalvasiyadan sonra yavaş-yavaş manatın möhkəmlənməsi baş verəcək. İdxal olunan mallar xarici valyuta ilə alınır. Milli valyutanın dəyərdən düşməsi idxal edilən malların qiymətlərinin milli valyuta ilə artmasına gətirib çıxarır. Burda malların qiymətlərin artması fərqli qaydada olacaq . Tam şəkildə xaricdən gətirilən malların qiymətlərində artım valyuta məzənnəsinin dəyişməsinə uyğun olaraq baş verəcdəkdir. Amma ölkədə istehsal olunan mallarda isə istehsal olunan malların tərkibindəki idxalın payına görə qiymət artımı olmalıdır. Bu, bəzi mallarda az, bəzilərində çox olacaq. Ölkədə istehsal olunan mallarda qiymət artımı heç bir halda olmamalıdır. Buraya əsasən kənd təsərrüfatı məhsulları, bəzi ərzaq malları daxildir. Belə malların qiymətlərinin artmasına heç bir əsas yoxdur. Manatın indiki məzənnəsi ixrac idxalı üstələyəyəcək və ölkəmizə əlavə valyutanın gəlməsinə şərait yaranacaqdır. Bu da ölkədə qeyri-neft sektorun inkişafına təkan verəcəkdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə