DGK-dan “Sahibkarlara dəstək”

Sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılması məqsədilə dekabrın 25-də, saat 10:00-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr" mövzusunda seminarın 2-ci mərhələsi keçiriləcək. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, seminarda iştirak etmək istəyən şəxslərdən komitənin internet səhifəsinin (www.dgk.gov.az) "Sahibkarlara dəstək"blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə