Vergilər Nazirliyi mükafatlandırılıb

Vergilər Nazirliyi mükafatlandırılıb

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilmiş peşəkar Milli İnternet Mükafatı tədbirində Vergilər Nazirliyi iki mükafata layiq görülüb. SİA xəbər verir ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi "Elektron Hökumət" nominasiyası üzrə, "Facebook" şəbəkəsindəki rəsmi səhifəsi isə "Ən yaxşı sosial şəbəkə səhifəsi"nominasiyası üzrə 1-ci yeri tutub.

Bu il müsabiqəyə 14 Nominasiya üzrə 374 sayt təqdim edilib ki, onlardan da 299-u müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Xatırladaq ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi bundan başqa dəfələrlə mükafatlara layiq görülüb. Həmçinin nazirliyin rəsmi internet səhifəsi "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 7 il ardıcıl olaraq 1-ci yer tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə