"Manatın taleyi bu gün həll olunmur". SİA-nın məlumatına görə, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.
O bildirib ki, Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması manatın devalvasiya olacağı mənasını vermir: "Bunun nəticəsində dollar manata nisbətən cüzi bahalaşa bilər. Ancaq bu bahalaşma həmişəki səviyyədə olacaq. Hətta sabah manatın rəsmi məzənnəsinin ucuzlaşması da istisna edilmir. Bütün hallarda bu avro və dollar məzənnəsinin davranışından asılı olacaq".
Onun sözlərinə görə, manatın taleyinin FED-in bugünkü qərarından birbaşa asılılığı yoxdur: "FED-in uçot dərəcəsini qaldırması manatın mütləq devalvasiyası anlamına gəlməməlidir və ya uçot dərəcəsinin qaldırılmaması manatın ucuzlaşmaqdan qurtulması kimi də qiymətləndirilməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB