Bu gün Vergilən Nazirliyində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov görüşün əsas məqsədinin vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı KİV-ləri məlumatlandırmaq, ortaya çıxan suallara aydınlıq gətirməkdən ibarət olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyat 20 ildən artıq dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib, vergi ödəyicilərinin sayı artaraq ölkədə sahibkar təbəqəsi formalaşıb və bu təbəqə iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilib: "Ölkə başçısının yürütdüyü davamlı iqtisadi inkişaf strategiyası nəinki sabit iqtisadi inkişaf dövründə, eləcə də dünyada qlobal iqtisadi dəyişikliklərin baş verdiyi müasir şəraitdə də böhranların yaratdığı problemlərin təsirlərini azaltmağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına, sahibkarlar təbəqəsinin fəaliyyətinin davamlı inkişafına zəmanət verir. Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirlər hissəsi artmalı, həm biznes strukturları, fərdi sahibkarlar, həm də vergi orqanları bu sahədə üzərlərinə düşən vəzifələri lahyiqincə yerinə yetirməlidirlər.
Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı KİV nümayəndələrini məlumatlandırıb.
Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə danışan N.Şirinov dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.
Sonra Nazirliyin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsinə və digər hüquq-normativ aktlara dəyişiklilərin əsas istiqamətləri ilə bağlı KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB