Yükdaşıma qiymətləri bahalaşıb

2015-ci ilin noyabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 0,2 faiz ucuzlaşıb, qazın nəql olunması qiyməti isə 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, dəmir yolu və dəniz nəqliyyatı üzrə yükdaşıma qiymətləri müvafiq olaraq 0,1 faiz və 1,4 faiz bahalaşıb, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb. Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə