Bitkiçilik məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Bitkiçilik məhsullarının istehsalçı qiymətləri bahalaşıb

2015-ci ilin noyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində dəyişikliklər müşahidə olunmayıb. Dövlət Statistika Komitəsindən (DSK) SİA-ya verilən xəbərə görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb.
Birillik bitkilərdən xiyarın, pomidorun, quru otun, soğanın, kartofun, ağ turpun, sarımsağın istehsalçı qiymətləri bahalaşıb, kələmin, balqabağın, yerkökünün istehsalçı qiymətləri ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində çoxillik bitkilərdən əzgilin, xurmanın, heyvanın, narın istehsalçı qiymətləri ucuzlaşıb, fındığın və qozun istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə