"Çıraq" platformasında hasilat bərpa edilib

"Çıraq" platformasında hasilat bərpa edilib

Planlaşdırılmış profilaktik işlər proqramından sonra "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundakı "Çıraq" platforması yenidən işə salınıb. SİA-nın xəbərinə görə, "BP-Azerbaijan" şirkətindən bildirilib ki, proqram üzrə nəzərdə tutulmuş bütün işlər uğurla və tam təhlükəsiz şəkildə başa çatdırılıb.

Qeyd edək ki, noyabrın 10-da "Çıraq" platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə