Ekspert: “OPEC istehsalın formal məhdudiyyətlərinə son qoydu” AÇIQLAMA

Ekspert: “OPEC istehsalın formal məhdudiyyətlərinə son qoydu” AÇIQLAMA

"Kvotaları nəzarətsiz qoyan OPEC dünya bazarına milyonlarla barel neft çıxara bilər". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, 4 dekabrda Vyanada baş vermiş toplantıda və orada səsləndirilən yeni mövqe növbəti ildə neft hasilatını milyonlarla barel həcmində artıra bilər: "Faktiki olaraq neft ixracatçıları ölkələrinin təşkilatı OPEC istehsalın formal məhdudiyyətlərinə son qoydu. Bu barədə İranın neft naziri Bijan Namdar Zanqan bildirdi. Növbəti ildə sansksiyalar aradan qaldırıldığından sonra İran ixracını gündə 1 milyon barelə qədər artırmaq niyyətindədir. Bununla yanaşı əlavə gücləri səfərbər edərək və hasilat həcmini artıra və qiymətlərə təsir edə biləcək ölkələr arasında İran tək deyildir. Liviyanın və Səudiyyənin qumları altındakı milyonlarla barel neft rezervlərini bu ölkələr də istifadə etmək niyyətindədirlər. Bu isə OPEC təşkilatı üzv ölkələrindən daha çox neft deməkdir".

E.Əliyev deyib ki, bununla yanaşı dekabrın 4 baş vermiş OPEC toplantısından məlum oldu ki, üzv ölkələrə yeni istehsalat kvotaları müəyyən edilmədi: "Yəni kartel gün ərzində hazırkı həcmlərə yaxın bir səviyyədə, yəni gündə 31.5 milyon barel neft istehsal edəcək. Bu bəyanatdan sonra "ayı" trendi davam etdi və hazırda Brent neftinin qiyməti 40 dollar cıvarındadır. Ekspertlərin fikrincə mövcud tendensiya davam edərsə yaxın zamanda qiymətin 35 dollar, qısa müddətli perspektivdə isə hətta 20 dollarlıq qiymət də ola bilər. Bu ssenari neft bazarındakı müharibənin davam olunduğu üçün artıq az ehtimallı deyil".

O əlavə edib ki, təkcə Liviya və Səudiyyə Ərəbistanı rezervlərini cəlb etsələr gündə müvafiq olaraq 1.6 və 2 milyon barelin bazara çıxmasına təkan verə bilərlər: "Liviya da bunun baş verəcəyi ehtimalı istehsalat həcmlərini artırmaq üçün ölkəni idarəedən qəbilələrin konsensusa gəlmə mümkünlüyüdür. Ərəbistanda isə regional rəqib sayılan İranın mövqeyinə təsir etmək istəyidir. Societe Generale SA analitiklərinin fikrincə, İran əlavə həcmləri bazara çıxaracağı zaman Səudiyyə Ərəbistanı da özünü aqressiv apararaq istehsalat həcmlərini artıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə