"Brent" markalı neftin bir barreli 2009-cu ildən bu vaxtadək ilk dəfə 40 dollardan aşağı satılıb. Dünya birjalarında neftin qiymətləri kəskin ucuzlaşmaqda davam edir. "Layt" markalı neftin bir barreli 2009-cu il fevralın 19-dan bu vaxtadək ən ucuz qiymətə - 36,70 dollar olub. "Brent" markalı neftin bir barrelinin qiyməti isə 2009-cu ilin fevralından bu yana ilk dəfə 40 dollardan aşağı satılıb.
"Commerzbank" bu gün nəşr etdiyi hesabatında 2016-cı il üzrə "Layt" markalı neftin orta qiymətini 53 dollar/barrel, "Brent" neftinin isə orta qiymətini 56 dollar/barrel olaraq proqnozlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB