Tibb işçiləri və əczaçılara aid olmayan sualların verilməsi qadağan olunacaq

Tibb işçiləri və əczaçılara aid olmayan sualların verilməsi qadağan olunacaq

Əmək Məcəlləsinə növbəti dəyişiklik edilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, bu haqda məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Komitə sədri Hadi Rəcəbli Əmək Məcəlləsinə ediləcək növbəti dəyişikliyin çox əhəmiyyətli və vacib olduğunu deyib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, sertifikasiya zamanı praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Müzakirələrdən sonra qanun layihəsinə dəyişiklik plenar iclasa tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə