Qərargah:"Axtarışlar heç bir nəticə verməyib"

Qərargah:"Axtarışlar heç bir nəticə verməyib"

"SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. Hələlik bu saatlara olan məlumata görə axtarışlar heç bir nəticə verməyib". SİA-nın məlumatına görə, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

Baş mühəndis əlavə edib ki, axtarışlar üç istiqamətdə aparılır: "Həm vertalyotlarla, həm gəmilərlə, həm də geofizika dalğıc gəmisi ilə axtarışlara davam edirik. Əlavə olaraq Fövqəladə Hallar Nazirliyinin 4 vertalyotu cəlb olunub. Bundan başqa Sərhəd Mühafizə Xidmətinin 2 vertolyotu, 5 gəmisi cəlb olunub. Bu ərazidə iki dalğıc qruppası işləyir. Yanğını söndürmək hələ də mümkün olmayıb, lakin bu istiqamətdə işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə