Nasaz yolların siyahısı tərtib olunub Açıqlama

Nasaz yolların siyahısı tərtib olunub Açıqlama

Nəqliyyatda qışa hazırlıq planı ilə bağlı qarlı-buzlu havalarda əhalini və sürücüləri məlumatlandırmaq üçün enişli-yoxuşlu, sürüşkən yolların, körpülərin siyahısı tərtib olunub. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

O bildirib ki, payız-qış mövsümü ilə bağlı tədbirlər planına görə NİİM-də qərargah yaradılıb və bütün şöbələrdən səlahiyyətli bir nəfər nümayəndə növbətçi rejiminə uyğun olaraq 24 saat ərzində iş başında olacaq: "Eyni zamanda mürəkkəb və ekstremal hava şəraitinin olacağı nəzərə alınaraq qarlı-buzlu havalarda əhalini və sürücüləri məlumatlandırmaq üçün enişli-yoxuşlu, sürüşkən yolların, körpülərin siyahısı tərtib olunub. Bütün avadanlıqlarda yoxlanılır və sazlama işləri aparılır".

Şəfa. Mehmanqızının sözlərinə görə, hazırda mürəkkəb hava şəraiti ilə bağlı mərkəz fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir: "Problem yarandıqda ictimaiyyət ilk olaraq bizim media kanallarımız vasitəsilə məlumatlandırılacaq. Hər hansı bir yolda qəza baş verərsə və ya problem yaranarsa, bu barədə aidiyyəti qurumlara məlumat veriləcək və problemin aradan qaldırılması üçün tədbirlər görüləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə