Azərbaycan-Qazaxıstan İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Bakıda keçirilən 12-ci iclası çərçivəsində cari ilin 4 dekabr tarixində "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə" Protokol imzalanıb. Azərbaycan Respublikasının Standartlaşdırma,. Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Protokolu Azərbaycan Respublikası tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qazaxıstan Respublikası tərəfindən isə Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabaev imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB