Bayram lotereyalarının satışına başlanılıb

Bayram lotereyalarının satışına başlanılıb

"Azərlotereya" ASC ənənəvi bayram lotereyalarının - "Qış Möcüzəsi", "Super Binqo" və "Yeni il Sevincləri"nin satışına başlayıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bayram lotereyalarında çoxsaylı pul uduşları ilə yanaşı, 15 ədəd avtomobil oynanılacaq. Belə ki, lotereya həvəskarlarının "Qış Mocüzəsi" lotereyası ilə 5 ədəd KİA "RİO" avtomobili, "Super Binqo" lotereyası ilə 5 ədəd VW "Polo", "Yeni il Sevincləri" ilə 5 ədəd VW "Polo" avtomobilləri qazanmaq şansı var. Bu uduşların oynanılması zamanı lototrondan çıxan nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar lototrona qaytarılır və bu prosedur avtomobillər udulanadək təkrar olunur.
Bayram lotereyalarının biletlərini xüsusi lotereya terminalları vasitəsi ilə əldə etmək mümkündür.

Ətraflı məlumat www.azerlotereya.com saytında.

Bütün xəbərlər Facebook səhifəmizdə