Konfrans iştirakçıları Heydər Əliyev adına NEZ-də olublar

Konfrans iştirakçıları Heydər Əliyev adına NEZ-də olublar

"MDB ölkələrinin neft emalı və neft-kimya həftəsi" 19-cu illik konfransının iştirakçıları SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda olublar. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, zavodun direktoru Elman İsmayılov qonaqları Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan zavodda salamlamaqdan məmnun olduğunu bildirib. Qonaqlar üçün zavodun texnoloji qurğularına ekskursiya təşkil olunub. Müəssisənin Baş mühəndisi Nail Əmirov və başqaları konfrans iştirakçılarına zavodun tarixi, texnoloji qurğuların fəaliyyəti, istismar prosesləri, həmçinin aparılan modernizasiya və yenidənqurma işləri, quraşdırılacaq müasir və yeni qurğular haqqında ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə