"Çilov" yatağındakı 112 saylı özüldən 115 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-4 Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.Quyuda istismar işləri "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB