Bu türk məhsulları Rusiyada qadağan olundu SİYAHI

Bu türk məhsulları Rusiyada qadağan olundu SİYAHI

Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyev Türkiyədən Rusiyaya ixrac olunması qadağan edilən qida sənayesi məhsullarının 2016-cı ilin 1 yanvar tarixindən ölkə ərazisini buraxılmasını qadağan edən sənədə imza atıb. SİA "inrefax.ru"ya istinadən xəbər verir ki, siyahıda meyvə və tərəvəzlə yanaşı, ət məhsulları, duz və s. adda məhsullar yer alıb.

Rusiyanın Gömrük Xidmətinin məlumatlarına görə, Türkiyədən Rusiyaya göndərilən aqroixrac məhsulları sırasında tomat və sitrus meyvələri çoxluq təşkil edib. Belə ki, cari ilin 10 ayında Rusiya Türkiyədən 300,5 min ton tomat (287,9 mln.dollar) idxal edib. Ötən il isə bu rəqəm 311 min ton (380,3 mln.dollar) olub.

Sitrus meyvələrinin idxalı isə 255,2 min ton (172,3 mln.dollar) olub ki, ötən il həmin idxal 213,1 min tonu (202,4 mln.dollar) təşkil edib.

Bundan əlavə, ötən illə nisbətdə cari ilin 10 ayında quş ətinin idxalı 9,4 min tondan 20,7 min tona (15 mln. dollar), duz isə 9,9 min tondan 36,7 min tona (3,5 mln. dollar) qədər artıb.

Hazırda Rusiyanın baş nazirinin Türkiyədən ölkəsinə ixrac ediləcək qida məhsullarının siyahısını təqdim edirik:

Toyuq əti və onun dondurulmuş şəkildə ayrılmış hissələri

Hindi əti və onun dondurulmuş şəkildə ayrılmış hissələri

Qərənfil gülləri

Təzə və ya dondurulmuş tomat məhsulları

Göy və baş soğan

Rəngli kələm və brokolli

Xiyar növləri

Portağallar və naringilər – təzə və ya qurudulmuş, eləcə də digər analoqlarda

Təzə üzüm və nektarları (müxtəlif sortlarda)

Təzə alma və nektarları (müxtəlif sortlarda)

Təzə armud və nektarları (müxtəlif sortlarda)

Təzə şaftalı və nektarları (müxtəlif sortlarda)

Təzə ərik və nektarları (müxtəlif sortlarda)

Göyəm, gavalı, alça, çiyələk, moruq, vişnə, albalı və s. (müxtəlif sortlarda)

Duz (mətbəx və denaturiləşdirilmiş) və təmiz xlorid natriy, suda həll olunan və həll olunmayan.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə