Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan və Belarusun birgə buraxılışı olan yeni poçt markalarını dövriyyəyə buraxıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Kosmos İT-nin xidmətində " mövzusunda nəşr olunan poçt markalarından birinin üzərində Azərbaycanın telekommunikasiya peyki "Azerspace-1", digərinin üzərində isə Belarus kosmik gəmisi "DZZ" təsvir olunub.
"Azerspace -1" peykinin əks olunduğu markanın nominal dəyəri 1 manat, "DZZ" kosmik gəmisinin təsvirinin yer aldığı markanın nominal dəyəri 0,5 manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB