Neftin qiyməti Meksikanı da “VURDU”

Neftin qiyməti Meksikanı da “VURDU”

Meksikanın neftdən olan gəliri cari ildə 38% düşüb. SİA xəbər verir ki, bu barədə "moskovskiy komsomolets" yazır. Qeyd olunur ki, ölkənin Maliyyə Nazirliyi bunu Meksika neftinin bir barrelə görə orta qiymətinin kəskin şəkildə düşüşü ilə əlaqələndirib. Belə ki, Meksika neftinin bir barelli 2014-cü ilin yanvar-oktyabr aylarında 93,1 dollar idisə, hazırda bu rəqəm 47,2 dolları təşkil edir. Nəticədə ölklə iqtisadiyyatında geriləmə müşahidə olunur.

Qeyd edək ki, Meksika neft emalına görə, Cənubi Amerika ölkələri sırasında ilkin yerlərdən birini tutur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə