Venesueladan xəbərdarlıq – neftin qiyməti 25 dollara düşəcək
"Qara qızılın" qiyməti bir barrelinə görə 25 dollara qədər düşə bilər. SİA "Vesti ekonomika"ya istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Eulogio Del Pino xəbərdarlıq edib. Nazir bildirib ki, əgər OPEC zamanında qabaqlayıcı tədbir görməzsə, bu halın baş vermə ehtimalı 100%-dir.
Eulogio Del Pino xatırladıb ki, onun ölkəsi ortaq qiymətə keçidin təşəbbüskarlarından biri olub və OPEC üzvü olan bütün ölkələrə bu barədə müraciət edib. Neft nazirinin sözlərinə görə, onun ölkəsi asanlıqla həmin ideyanı tərk etmək fikrində deyil. Belə ki, artıq bu ideya üzərində Səudiyyə Ərəbistanı və Qətər də düşünməkdədir.
Qeyd edək ki, OPEC ölkələrinin görüşü 2015-ci ilin 4 dekabr tarixinə təyin olunub. Ehtimal olunur ki, görüşün əsas məqsədi neftin qiyməti ilə bağlı olacaq. Venesuela tərəfi isə ortaq qiymət kimi neftin bir barrelinə görə 88 dollar nəzərdə tutub. Hazırda "qara qızılın" qiyməti bu rəqəmdən iki dəfə aşağıdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB