“Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 1,5 milyard dollar olub”

“Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 1,5 milyard dollar olub”

"Azərbaycan və ABŞ arasında ticarət, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün çox böyük işlər görülür". Bunu Amerika-Azərbaycan Ticarət Palatasının ("Amcham-Azerbaijan") yaradılmasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,5 mlrd. ABŞ dollarına bərabər olub: "Bu ilin 9 ayında isə bu göstərici təxminən 1 milyard dollara çatıb. Azərbaycan investorları artıq ABŞ-a sərmayələrini qoymaqdadır. Bunların arasında bizim dövlət investisiya qurumumuz olan Dövlət Neft Fondu ABŞ istiqrazlarına, qiymətli kağızlarına böyük həcmdə sərmayə qoyub. Eyni zamanda, Azərbaycan dövlətinin ötən il ilk dəfə buraxdığı qiymətli kağızları, bondlarının ən böyük alıcıları da məhz Amerika maliyyə qurumları olub və bizim buraxılışın təxminən 53%-lik həcmini məhz Amerika şirkətləri əldə ediblər. Azərbaycan və ABŞ arasında ticarət münasibətlərinin yeni səviyyəyə çıxarılması üçün hazırda Amerika Ticarət missiyasının Bakıya gəlməsi çox gözəl imkanlar yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə