2 rayonun qazı kəsiləcək

Noyabrın 20-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Göyçay-1" və Ağdam magistral qaz kəmərləri sahəsinin "Ağcabədi" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən xəbərə görə, təmir işlərinin Göyçay və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə