Bakı metrosu ilə 183 mln. nəfərə yaxın sərnişin daşınıb

Bakı metrosu ilə 183 mln. nəfərə yaxın sərnişin daşınıb

Bu ilin yanvar-oktyabr aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 182,8 mln. nəfərə çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə