Vergilər Nazirliyinə daxil olan müraciətlərin yarısı kameral yoxlamalarla bağlı olub

Vergilər Nazirliyinə daxil olan müraciətlərin yarısı kameral yoxlamalarla bağlı olub

Bu ilin oktyabr ayı ərzində Azərbaycan vergi orqanlarına 10 250 müraciət daxil olub ki, bunlardan da 95,8%-i ərizə, 4%-i şikayət, 0,2% təklifdir. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, müraciətlərin 45,8%-i kameral vergi yoxlamaları, 6,6%-i vergi borcları, 1,7%-i operativ vergi nəzarəti, 1,6%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 41,85%-i digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 51,9%-i müsbət həll olunub, 15,3%-i barədə müvafiq izahatlar verilib, 2,3%-i əsassız sayılıb, 0,4%-i qismən həll olunub, 0,4%-i aidiyyəti üzrə göndərilmiş, 29,7%-i icradadır.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 501 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə