"ASAN xidmət" vasitəsilə lisenziyaların verilməsi davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı şəhərində və regionlarda "ASAN xidmət" mərkəzlərində lisenziyaların verilməsi davam etdirilir.
Noyabrın 12-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Gəncədəki "ASAN xidmət" mərkəzində sahibkarlara lisenziyalar təqdim edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu lisenziyalar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara verilib.
Lisenziya almış sahibkarlar xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddətdə baxıldığını vurğulayıb, lisenziyaların verilməsi prosesindən razılıqlarını bildirərək sahibkarlara göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin qeyd edilib ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək tədbirləri, lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi sahibkarların fəaliyyətini daha da asanlaşdırır, özəl sektorun inkişafına əlavə stimul verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB