Dolların taleyi dekabrda müəyyən olunacaq Açıqlama

Dolların taleyi dekabrda müəyyən olunacaq Açıqlama

"Azərbaycanda manatın qiyməti valyuta ehtiyatı hesabına sabit saxlanılır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.

O, məzənnənin dəyişmə strukturundan bəhs edib: "Üzən məzənnədə məzənnəni tələb və təklifə görə bazar təyin edir. Misal olaraq, üzən məzənnə rejimində manatın dollara olan məzənnəsini götürsək, dollara tələbat artdıqca dollar bahalaşacaq manat isə ucuzlaşacaq. Əksinə, manata tələbat artdıqca manat bahalaşacaq, dollar isə ucuzlaşacaq.

Azərbaycanda fiks olunmuş məzənnə sistemi əsas götürülüb. Burada valyuta meyarları Mərkəzi Bank tərəfindən müəyyən olunur".

İqtisadçı yaxında dolların qalxacağı ilə bağlı proqnozlara da açıqlıq gətirib. O, dolların bahalaşmasının dekabrda reallaşacaq Federal Ehtiyat Sistemi (FED) toplantısı ilə əlaqəsindən danışıb: "Dekabrda keçiriləcək görüşdə uçot dərəcəsinin artması ilə bağı danışıqlar aparılacaq. Uçot dərəcəsi artsa əldə olunmuş faizlərdən kreditlər verilməyə başlanılacaq. FED demək olar ki, hər ay bu haqda müzakirələr aparır. İndi isə bu qərarın qəbul olunması haqda ehtimal daha da artıb. Uçot dərəcəsi qalxsa, bu, dollara da təsir edəcək və dollar bahalaşmağa başlayacaq. Dollar bahalaşan zaman isə digər dövlətlərin valyutaları ucuzlaşacaq".

Samir Əliyev onu da qeyd edib ki, dolların bahalaşacağı ilə bağlı proqnozlar sadəcə ehtimaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə