İlham Şaban: "İlk işlər geololoji kəşfiyyatdan ibarət olacaq" AÇIQLAMA

İlham Şaban: "İlk işlər geololoji kəşfiyyatdan ibarət olacaq" AÇIQLAMA

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə imzalanmış Xəzər dənizinin Azərbaycan sektorundakı "Şəfəq-Asiman" strukturunun birgə kəşfiyyatı və işlənməsinə dair sazişə əsasən BP şirkəti gələn il praktik işlərə başlayacağını bildirib. Bu, Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətli və önəmli layihədir". Bu fikirləri SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O, sözügedən saziş çərçivəsində görüləcək işlər haqqında danışıb: "İlk işlər geololoji kəşfiyyatdan ibarət olacaq. Çünki bu işlərin yekununda əldə edilmiş məlumatların emalı və təhlili nəticəsində qazılacaq ilk kəşfiyyat quyusunun yeri müəyyənləşdiriləcək. İlk quyunun yerinin düzgün seçilməsindən çox şey asılıdır. Çünki təcrübə göstərir ki, Xəzərin Azərbaycan sektorundakı yataqlar, həm dəniz, həm də güman edilən laylarda dərinlik artdıqca, geoloji baxımdan çox mürəkkəb quruluşa malik olurlar. Bu zaman aralarında böyük məsafə olmasa da, qazma nöqtələrində tam müxtəlif məhsuldarlıq alına bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə