Bank VTB aktivləri 378 mln manata çatıb

Bank VTB aktivləri 378 mln manata çatıb

2015-ci ilin 3-cü rübündə bank VTB (Azərbaycan)-ın aktivləri 378 mln manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur. Öz növbəsində, 1 oktyabr 2015-ci il tarixinə bankın kredit portfeli 347 mln manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 24% artım deməkdir.

İlin əvvəlindən bankın resurs bazası dinamik artım nümayiş etdirir. Bunu depozit portfelinin artımı təsdiqləyir. Belə ki, 1 oktyabr 2015-ci il tarixinə depozit portfeli 2 dəfədən çox artaraq 60,7 mln manat təşkil edib. Depozit portfelinin böyük hissəsini fiziki şəxslərin vəsaitləri təşkil edir ki, bu da portfelin stabil olduğunun göstəricisi və əhalinin banka olan etibarının sübutudur. Yaxın vaxtlarda, bank öz filial şəbəkəsini genişləndirməyə və satış məntəqələrini 17-ə çatdırmaq niyyətindədir.

3-cü rübdə bank vaxtı keçmiş kreditlərin restrukturizasiyası istiqamətində bir sıra tədbirlər həyata keçirib. Əməliyyatların böyük hissəsi dollar kreditlərinin manata restrukturizasiyasının payına düşüb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi 11 mln manatdan çox azalıb.

Həyata keçirilən tədbirlərin müsbət nəticəsi olaraq, 3-cü rübdə bankın mənfəəti 8,1 mln manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ili 3-cü rübünün maliyyə göstəriciləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən verilib.

1 oktyabr 2015-ci il tarixinə milli standartlar görə 1-ci dərəcəli kapital 40 mln manata qədədr artıb, məcmu kapital isə 53 mln manatı keçib. 1-ci dərəcəli kapitalın və məcmu kapitalının adekvatlığı 11,01% və 15,23% təşkil edib.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə