Azərbaycan noyabrın 10-da Moskvada keçiriləcək Regional Rabitə Birliyinin (RRB) MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspert Şurasının 16-cı iclasında təmsil olunacaq. Tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin RRB-də nümayəndəsi Eldar Abdullazadə təmsil edəcək.
SİA-nın məlumatına görə, Ekspert Şurasının iclasında rabitə və informasiyalaşdırma sahəsində hüquqi akt modellərinin işlənməsi prosesi müzakirə olunacaq, o cümlədən "Elektron hökumət haqqında" və "Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi barədə" hüquqi aktlar, "İnternetin tənzimlənməsinin əsasları haqqında" qanun modelinin yeni layihəsinə baxılacaq.
Tədbir çərçivəsində "Üçüncü tərəflərin nümayəndələri xidmətləri və servisləri əsasında elektron notariat haqqında", "İnformasiya cəmiyyətinin inkişafı haqqında" qanun modellərinin hazırlanması, MDB ölkələrində infokommunikasiyaların regional monitorinqinin nəticələrinin və alətlərinin istifadəsi üzrə təkliflər veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB