Bu ilin doqquz ayında Azərbaycandan ixrac edilən 26,4 milyon ton neftin 25,1 milyon tonu konsorsiumun, 1,3 milyon tonu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.
Bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində məlumat verilib. Bildirilib ki, hesabat dövründə ölkədə hasil edilən 31 milyon 409,5 min ton neftin 6 milyon 214,6 min tonu SOCAR-ın, 23 milyon 533,7 min tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun, 1 milyon 661,2 min tonu isə "Şahdəniz"in payına düşüb. Ölkədən xam neft 26 milyon 473,9 min ton həcmində ixrac olunub ki, bu da proqnozdan 887,1 min ton çoxdur. SOCAR üzrə xam neftin emalı 4 milyon 855,1 min ton olmaqla proqnozu 47,3 min ton üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB