İntensiv yağışlar sürüşməni təhlükəli edə bilər
Bakı-Sumqayıt yolu bağlana bilər

Avtovağzal ətrafında torpaq sürüşməsi təhlükəsi davam edir. Əvvəlki günlərə nisbətən sürüşmə prosesi zəif olsa da, mütəxəssislər həyacan təbili çalır. Hər gün minlərlə avtomobilin keçdiyi Bakı-Sumqayıt yolu da dağıla bilər. Avtovağzalın ətrafında sürüşmə Bakı Sumqayıt yolunun bağlanmasına səbəb ola bilər.

Sürüşmə səbəbi ilə yaranan çatları əvvələr təkcə Avtovağzal ərazisində görmək mümkün idisə indi bu çatları Bakı-Sumqayıt yolunun Bakı istiqamətinə hərəkət edən hissəsində də görmək mümkündür. Gördüyünüz kimi bu ərazidə yolun nə qədər sürüşdüyünü rahatlıqla müşahidə etmək olur .

Havaların quraq keçməsi səbəbi ilə sürüşmənin zəif getdiyi bildirilsə də mütəxəsislər həyacan təbili çalır. Avtovağzalı torpaq sürüşməsindən qoruyan istinad divarında da deformasiyalar müşahidə edilir.

Bu divarın uçaması böyük həcmdə torpaq kütləsinin avtovağzal ərazisinə axmasına və yolun qəfil çökməsinə səbəb ola bilər. Sürüşmə Avtovağzalın istinad divarınada təsir etdiyindən dəmir beton konstruksiyayla istinad divarının möhkəmləndirilməsi işi həyata keçirilir. Mütəxəsisilərin fikrincə həmin ərazidən torpaq tamımilə daşına və daha möhkəm istinad divarı çəkilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə