Salyan rayonunun Sarvan kəndinə 22 illik fasilədən sonra təbii qazın verilməsi bərpa olunub. 2 min 600-dən çox əhalinin yaşadığı kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 44 min metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 665 abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə "mavi yanacağ"ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov dövlətimizin başçısının tapşırığı ilə rayonda həyata keçirilən sosial layihələr, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması haqqında məlumat verib. Qeyd olunub ki, rayonun 51 yaşayış məntəqəsindən 28-i artıq qazlaşdırılıb və əhalinin 71 faizdən çoxu "mavi yanacaq"la təmin edilib. Hazırda daha 12 kəndin qazlaşdırılması işləri aparılır.
Kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qazın verilməsini bildirən məşəl yandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB