Aqrar sahədə çalışan bir sahibkar kimi Cənab Prezidentin Milli Məclisə təqdim etdiyi sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətində dayandırılması barədə qanun layihəsi çox yüksək qiymətləndirirəm. Bu, qərar hamımızın ürəyindən xəbər verir. Bu, sahibkarlıq subyektlərinin fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılmasına, sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət edəcək və ölkədə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcəkdir. Noyabrın 1-dən iki il müddətinə bütün yoxlamalar saxlanılmaqla bərabər fərmana uyğun olaraq lisenziyaların sayı minumuma endiriləcək. Lisenziyaların vermə səlahiyyəti Azərbaycan brendi olan "ASAN" Xidmət Mərkəzlərinə veriləcəkdir. Yeni qanunda qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının və eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulmuşdur. "Bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması bu sahədə həyata keçiriləcək islahatlar sahibkarlığın inkişafına ciddi təkan verəcəkdir. Mövcud qanun ölkəmizdə məhsul bolluğu yaratmağa, on minlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaqdır. Bu istiqamətdə islahatların aparılması olduqca vacib olmaqla ölkə vətəndaşlarının sosial rifah halını daha da yüksəldəcəkdir. Bu siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını büsbütün ödəyəcək, bir sözlə, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaldacaqdır.
Bir sahibkar kimi kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri diqqətlə izləyirəm. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi , dünyada davam edən iqtisadi böhran bir sıra layihələrin reallaşmasında müəyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin etmiş, qeyri-neft sektorunun inkişafını ön plana çıxarmağa imkan vermişdir. Belə bir çətin zamanda aqrar sahəyə yatırımlar nəinki azalmış, əksinə daha da artmışdır. Sevindirici haldır ki, dövlətimiz kənd təsərüfatını gözləyən ciddi təbii təhlükələrdən qorumaq yönündə qabaqlayıcı tədbirləri həyata keçirir. Belə çətin bir zamanda aqrar sahə daim dövlətimizin, şəxsən cənab Prezidentin diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, sahibkarlığın müdafiəsinə hesablanmış bu qanun ölkədə məhsul bolluğunun yaradılmasına, əhalinin ekoloji cəhətdən təmiz ərzaq məhsullarına tələbatının ödənilməsinə, insanların həyat şəraitinin, maddi rifah halının daha da yaxşılaşmasına, məhsullarımızın xarici ölkələrə ixracının genişlənməsinə səbəb olacaqdır.
Ürəkdən sevinirik ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaş-dövlət birliyi bərqərar olmuşdur. Cənab Prezidentin verdiyi qərarlar, sərəncam və fərmanlar yalnız Azərbaycan vətəndaşının mənafeyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşı kimi mən də, rəhbərlik etdiyim kollektiv də dövlət başçısının sahibkarlığın müdafiəsinə yönələn bü mühüm qərarınını dəstəkləyirik. Biz aqrar sahədə çalışan sahibkar kimi ərzaq bolluğu yaratmağa da, lazım gələrsə torpaqlarımızın azad olunması üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmrini can-başla yerinə yetirməyə də daim hazırıq.
Bir daha bildirmək istəyirəm ki, xalqımızın rifahının gündən-günə yaxşılaşdırılması, dövlətimizin daha da qüdrətlənməsi naminə dövlət başçısının uğurlu fəaliyyətini ürəkdən bəyənir, iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıya görə, bütün yerli iş adamları, ümumən lənkəranlılar adından dərin minnətdarlığımı bildirirəm. Prioritet sahə elan edilən qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar bölmənin inkişafı üçün bundan sonra da bütün qüvvvəmizi səfərbər edəcək, ölkəmizdə ərzaq bolluğu yaradılması uğrunda səy və bacarığımızı əsirgəməyəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB