İqtisadçı: “Gələn il qənaət rejiminə keçiləcək”

İqtisadçı: “Gələn il qənaət rejiminə keçiləcək”

"Əgər ölkəmizdə sosial yönümlü xərclərin sayı çoxluq təşkil edirsə, bunu sosial yönümlü büdcə hesab edirlər. Adətən hökumətin büdcə siyasətində vacib olan büdcənin sosial xərcinin artması deyil. Dövlətin qarşıda qoyduğu çoxsaylı planlar var". Bunu SİA-ya iqtisadçı Azər Mehdiyev deyib.

İqtisadçı bildirib ki, dövlət bu funksiyaları öz imkanları daxilində həyata keçirməyə çalışır: "Neft gəlirləri çox olan dövrdə hökumət investisiya layihələrinə daha çox diqqət yetirirdi. Əsaslı xərclər büdcənin 40 % dən də çoxunu təşkil edirdi. Gələn il dövlət büdcəsində neft gəlirlərinin müəyyən qədər azalması buna birbaşa təsir göstərir. Bu da dövləti investisiya layihələrinin xərclərini kəskin şəkildə azaltmağa məcbur edir. Təbii ki, bu şəraitdə dövlətin daha çox sosial xərclərə diqqət artırması qaçılmaz olur. Ona görə də sosial sahədə hökumət əvvəlki öhdəlikləri də öz üzərinə götürüb və bu öhdəliklərin azaldılması müəyyən narazılıq yarada bilər. Onu da deyim ki, gələn il müəyyən qədər qənaət rejiminə keçiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə