Cavid Qurbanov Aktyubinsk rels istehsalı zavodu ilə tanış olub
Bu gün Qazaxstanın Baş naziri Karim Masimovun iştirakı ilə Aktobe şəhərində Aktyubinsk rels istehsalı zavodunun istehsalat xəttinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da iştirak edib. Qurumun Mətbuat Katibliyindən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində C. Qurbanov Aktyubinsk rels istehsalı zavodu ilə tanış olub. "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Askar Mamin zavodun fəaliyyəti, istehsal gücü, iş prinsipi barədə C. Qurbanova məlumat verib.
Bildirilib ki, zavod Qazaxstan Respublikasının sənaye və innovasiya inkişafı üzrə Dövlət Proqramı çərçivəsində, "Qazaxstan Dəmir Yolları" SC tərəfindən inşa edilib və 13 fevral 2013-cü ildən fəaliyyət göstərir, strateji əhəmiyyətə malikdir. 760 nəfər işçisi olan zavod əsasən yüksəksürətli dəmir yolu xətləri üçün uzunluğu 120 metr olan R-65 markalı rels istehsal edir.
Zavodun hazır məhsul üzrə illik istehsal gücü 430 min tondur. Bunun 200 min tonu rels, 230 min tonu isə müxtəlif yardımçı metal materiallardır.
Aktyubinsk rels istehsalı zavodu "Qazaxstan Dəmir Yolları" SC-nin relsə olan tələbatını tam ödəməklə yanaşı, xarici ölkələrdən olan sifarişləri də istehsal etmək gücünə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB