"Caspian European Club” və SOCAR-ın təşkilatçılığı ilə biznes-forum keçirilib FOTOLAR-YENİLƏNİB
Bu gün "Caspian European Club"un təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin iştirakı ilə biznes-forum keçirilib.
SİA-nın məlumatına görə, "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev çıxış edərək biznes-forum barədə məlumat verərək qeyd edib ki, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapmaq, Azərbaycanın neft və qaz sektoru ilə bağlı müzakirələr aparmaq imkanı əldə edəcəklər.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xoşbəxt Yusifzadə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda neft sənayesinin yeni dövrünün başlaması, kəşf olunan yeni yataqlar barədə danışıb. Vitse-prezident həmçinin, "Şahdəniz" yatağı və onun perspektivləri, yeni kəşf olunan qaz-kondensat yataqları "Ümid", "Abşeron", Azərbaycanda hasil olunacaq qazı Avropaya daşıyacaq "Cənub" qaz dəhlizi və onun tərkib hissələri TANAP, TAP layihələri barədə məlumat verib.
X. Yusifzadə onu da qeyd edib ki, bu ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) yatağı üzrə yeni hasilatın pay bölgüsü sazişi imzalanacaq: "Müqavilə 2024-2040-ci illərdə qüvvədə olacaq. Bizim qarşımızda iki variant var idi. Ya BP şirkətini, yaxud da digər şirkəti seçməli idik. Amma BP şirkətinin burada uzun illər işləməsini və uğurlu əməliyyatını nəzərə alaraq, AÇG üzrə yeni sazişin BP şirkəti ilə imzalanmasını qərara aldıq. Hazırda danışıqlar aparılır. Bu ilin sonuna kimi yeni müqavilə imzalanacaq".
Daha sonra forum öz işini davam etdirib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB