Jalə Əliyeva: "Həlli vacib məslələrə mütləq diqqət ayrılmalıdır" AÇIQLAMA
"Xərclərin mümkün olduğu qədər azaldılmasını tələb edən bugünkü reallıqlar zəminində büdcədən əlavə vəsaitlərin istənilməsi düzgün olmazdı. Amma bəzi həlli vacib məslələrə mütləq diqqət ayrılmalıdır". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında deputat Jalə Əliyeva deyib.
Millət vəkili bildirib ki, aztəminatlı ailələrə sosial yardımların verilməsi, evlərin tikilməsi üçün əvvəlki illərdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi, ipoteka şərtlərinin yündgülləşdirilməsi, təhsil səhiyyə işçilərinin ipoteka almasına yardımçı olmaq önəmlidir.
Onun sözlərinə görə, çox vəsait tələb etməyən layihələr üçün dövlətimizin imkanı var.
"Ölkədə aparılan qazlaşdırma siyasətinin bir hissəsi olaraq təmsil olunduğum Zərdab rayonun Sarıqaya kəndinə qaz çəkilir. Lakin həmin evlərin bir hissəsinin Kür çayının bəndinə yaxın yerləşməsi ora qaz xəttinin çəkilməsində problemlər yaradır və kənddə qaz çəkilişi yarımçıq qalıb. Hökumət üzvlərindən həmin kəndin ərazisindən keçən qaz layihəsini diqqətdə saxlamağı xahiş edirəm" - deyə, deputat əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB