"On minlərlə gəncin təhsil kreditinə ehtiyacı var" AÇIQLAMA
"2016-cı ilin büdcə layihəsini bütün Azərbaycan cəmiyyəti gözləyirdi. Neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü halda yeni büdcə layihəsi hər kəsi maraqlandırırdı. Azərbaycan Prezidentinin çıxışı isə bütün suallara aydınlıq gətirdi və ölkəmizin inkişafının davamlı şəkildə olacağı bir daha hər kəsə aydın oldu". SİA-nın məlumatına görə, bu fikirləri deputat Aydın Mirzəzadə Milli Məclisin plenar iclasında deyib. O, düşünülmüş siyasət nəticəsində Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdiyini və büdcənin Dövlət Neft Fondundan asılılığının azaldığını bildirib.
Millət vəkili 2016-cı ildə büdcə gəlirlərinin azalmasının qətiyyən narahatçılıq yaratmayacağını qeyd edib: "Azərbaycan iqtisadiyyatı davamlı olaraq inkişaf edəcək. Ölkədə müxtəlif sahələrə ayrılan maliyyə vəsiatləri, göstərilən diqqət, əldə olunan nəticələr buna sübutdur. Bununla yanaşı, hərbi sahəyə göstərilən diqqət də Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırır".
Millət vəkili Mingəçevirdə dövlət universitetinin yaradılmasının təqdirəlayiq hal olduğunu deyib: "Mingəçevirdə başqa universitetlər də açmaq olar. Hətta paytaxtdakı ali təhsil müəssisələrindən bir neçəsini ora köçürmək mümkündür".
Deputat 2016-cı ilin büdcə layihəsinin vətəndaşların rifahına xidmət edəcəyini düşündüyü bildirib.
O, 2016-cı ilin büdcə həcminin azalmasına baxmayaraq, ipoteka və təhsil krediti məsələlərinin diqqətdə saxlanılmalı olduğunu vurğulayıb. Millət vəkili on minlərlə gəncin təhsil kreditinə ehtiyacı olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB