Cavid Qurbanov: "İran bazarını Azərbaycana birləşdirmiş oluruq"
"Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsində Azərbaycan tərəfdə 8 kilometrlik yol və körpü var. Bunları tikməklə biz İran bazarını Azərbaycana birləşdirmiş oluruq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov söyləyib.
Sədr bildirib ki, bununla da məsələni mərhələli həll etməliyik: "Bu da məsələnin tam həlli deyil. Orada 153 kilometrlik Astara-Rəşt yolu var. Bizim tərəfdə körpünün yerini də müəyyənləşdirmişik. Lakin yolun layihəsi yoxdur. Sadəcə İran tərəfi tikinti işlərini planlaşdırır. İran və Azərbaycan tərəfi qərarlıdır ki, layihənin tikilməsi üçün bərabər maliyyə axtarsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB