Samux rayonunun Kürqırağı kəndləri qazlaşdırılır

Samux rayonunun Kürqırağı kəndləri qazlaşdırılır

Dövlət proqramına uyğun olaraq Samux rayonunun Kürqırağı kəndlərinin qazlaşması prosesi davam etdirilir. Bir müddətdir ki, işlərin son mərhələdə olması mavi yanacağın kəndlərə tezkliklə veriləcəyindən xəbər verir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, bu ilin əvvəlindən start götürən işlər hazırda rayonun ən böyük yaşayış massivlərindən biri olan Qirmızı Samux kənində həyata keçirilir. Podratçı şirkət tərəfindən hazırda küçələrdə müxtəlif diametirli daşıyıcı qaz xəttlərini çəkilməsi, boruların rənglənməsi ilə yanaşı sayğacların quraşdırılması da həyata keçirilir.

Layihəyə əsasən Lüksemburq kəndində qazlaşma tam yekunlaşıb. Yenikənd kəndində isə mənzillərə sayğacların quraşdırılması işləri həyata keçirilir. Qırmızı Samux kəndində də işlərin 50% həyata keçirilib. İşlər tam yekunlaşdıqdan sonra əhalini yaxın günlərdə mavi yanacaqla təmin ediləcək. Sovet dönəmindən bəri mavi yanacaq sarıdan əziyyət çəkən Qırımızı Samux, Lüksemburq və Yenikənd kəndlərinin 700-ə yaxın abonentə hava şəraiti imkan versə. gələn ay mavi yanacağın verilməsi həyata kçeiriləcək.

Gəncə Regional Qaz İstismarı İdarəsinin tabeli ərazisinə daxil olan Samux rayonu ilə yanaşı Goranboyda və Göygöldə ümumlikdə Azəriqazın sifarişi ilə 25 yaşayış məntəqəsinin mavi yanacaqla təmin olunması üçün işlər aparılır. Layihəyə uyğun olaraq bu kəndlərin böyük əksəriyyətində qaz çəkilişi yekunlaşıb, qalanlarında isə son tamamlanma işləri görülür.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə