Cəlilabadda ilbəil fermerlərin daha çox marağına və əsas gəlir sahəsinə çevrilmiş çiyələyin əkininə başlanılıb. SİA-nın Cənub bürosunun məlumatına görə, son günlər havalar əkin üçün əlverişsiz keçsə də, fermerlər günəşli havalarda bu prosesi tez bir zamanda başa vurmaq niyyətindədirlər. Artıq 2 gündür ki ,yeni salınan çiyələk sahələrində növbəli şitillərin açıq sahələrə köçürülməsinə başlanılıb. Əkin aparmaq üçün ara cərgələr salınıb, sahələrin suvarılması üçün xətlər çəkilib. Şitilləri basdırmaq məqsədi ilə xüsusi alətlərlə xırda çuxurlar qazılıb. Fermerlər deyir ki, qabaqcadan qazılan çuxurlar həm əl əməyini qismən də olsa yüngülləşdirəcək, həm də şitillərin köklərini qış mövsümündə şaxtadan qoruyacaq. Cəlilabad sakini Fəxrəddin Qarayev 3 ildir ki, bu sahə ilə məşğuldur. Əkin zamanı əsasən yerli sortlara daha çox üstünlük verdiyini deyən fermer növbəti təsərrüfat ilində əkin sahələrini daha da artırmaq niyyətindədir. Bu günə qədər rayonda 300 hektar sahədə çiyələk əkilib. Hazırda yeni əkin sahələrinin artırılması istiqamətində işlər davam edir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB