Məhkəmə tanınmış iş adamınını iflas elan etdi
AST Telmanın kredit borcu var

Moskva bankı azərbaycanlı iş adamı AST Telman kimi tanınan Telman İsmayılovun iflas olması barədə qərarın verilməsinə nail olub. SİA xəbər verir ki, bu barədə Rusiyanın "kommersant" qəzeti yazıb. Mətbu orqan daxili mənbəsinə istinadən xəbər verir ki, maliyyə təşkilatı iş adamına qarşı hazırladığı iddia ərizəsini arbitraj məhkəməsinə təqdim edib. Sənəddə bildirilir ki, 2012-ci ilin sentyabrından, 2014-cü ilin fevralına qədər Moskva bankı Telman İsmayılova məxsus AST şirkətlər qrupunda yer alan "Ruslayn 2000" və "Tropikano Finans" şirkətlərinə üç dəfəyə ümumilikdə 230 milyon ABŞ dolları məbləğində kredit ayırıb. "O, kreditlərin zamanında geri qaytarılmasına şəxsən söz verib. Lakin nə borcun kökü, nə də ki, faiz borcları ödənilməyib. Beləliklə, bank biznesmendən 286 min ABŞ dolları hələ də gözləyir"- deyə məlumatda qeyd olunub.

Moskva bankının məsələni sülh yolu ilə həll etməsi üçün dəfələrlə göstərdiyi nəticəsiz səylərindən sonra hüquqşünaslar arbitraj məhkəməsinin Telman İsmayılovun iflas elan olunmasını istəyiblər.

Nəticədə məhkəmə iş adamının bank kreditlərini qaytarmadığına görə, onu iflas elan etmək məcburiyyətində qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə