Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şamaxı rayonunda "Payızlıq taxıl səpini üçün şumun və səpinin optimal müddətdə başa çatdırılması" mövzusunda regional tarla müşavirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Nazirliyin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının, eləcə də fermer və sahibkarlar olmaqla ümumilikdə 500 nəfərdən artıq nümayəndə iştirak edib.
Tədbirdə Nazirliyin nümayəndələri şumlama və digər torpaq becərmə işlərinin və səpinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonradan ənənəvi üsulla şumlama aparılması, eyni zamanda resurslara qənaət edən müasir texnologiyalar əsasında torpağın minimal və sıfır becərilməsi üsulu ilə səpin aparılması, aqrotexniki tələblərə uyğun olaraq şum altına və səpinlə birlikdə gübrələrin tətbiqi əyani şəkildə nümayiş etdirilib. Fermerləri maraqlandıran məsələlər onlara izah olundu, fikir mübadiləsi aparıldı, onlara məxsus əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB