Neft bahalaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,80 dollar, yaxud 1,79% bahalaşaraq 45,54 dollar/barel təşkil edib. SİA-nın məlumatına görə, "Brent" markalı neft də 0,44 dollar və ya 0,92% bahalaşaraq 48,13 dollar/barelə çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə