"2016-cı ilin büdcəsində lazımsız xərclər aradan qaldırılıb" AÇIQLAMA

"2016-cı ilin büdcəsində lazımsız xərclər aradan qaldırılıb" AÇIQLAMA

"Dünyada gedən proseslərin fonunda 2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi xeyli dərəcədə ehtiyyatlı proqnozlar üzərində qurulub və reallığı əks etdirir" SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, Dövlət Neft Fondundan xərclənən vəsaitin azalacağını bildirib: "Hər il Dövlət Neft Fondundan 11-12 milyard manat xərclənirdi. Bu qədər xərcləməyimizin səbəbi 15 milyard manat qazanc əldə etməyimiz idi. İndi bu vəsait 2 dəfə azalıb. 2016-cı ilin büdcəsinin sosial və ya başqa yönümlü olmasını demək öz əhəmiyyətini itirib. Növbəti ilin büdcə layihəsi qənaətləndirilmiş şəkildə tərtib olunub və reallığı əks etdirir".

Deputat büdcə layihəsində lazımsız xərclərin aradan qaldırıldığını və bunun düzgün addım olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə