"Pensiya yaşının artırılmasına ehtiyac yoxdur". Bu sözləri SİA-ya millət vəkili Vahid Əhmədov açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, pensiyaya çıxmaq ölkədəki ictimai-siyasi vəziyyət, həmçinin əhalinin iqtisadi durumu ilə bağlıdır: "Hazırda dünyada iqtisadi böhran gedir. Lakin ölkəmizdə belə bir problem mövcud deyil. Hesab edirəm ki, yaş məsələsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin söylədikləri düzgün anlaşılmayıb. Elman Mehdiyev kifayət qədər səriştəli mütəxəssisdir. Sosial Müdafiə Fondunda aparılan müəyyən tədqiqatlarla bağlı məlumat verib. Həmçinin dünyada gedən proseslərə də toxunub. E. Mehdiyev bildirib ki, bəzi ölkələrdə pensiya yaşı 65, bəzilərində 67, bəzi ölkələrdə isə 63 yaşdır. Düşünürəm ki, Azərbaycan üçün 63 yaş normaldır. Ölkəmizdə bununla əlaqədar belə bir problem yoxdur. Bir sözlə bu məsələyə Milli Məclisdə baxılmasına heç bir ehtiyac yoxdur. Çünki gündəmdə də bu məsələ yoxdur. Elman Mehdiyev bu barədə konfrans keçirəcək və özü hər kəsə ətraflı məlumat verəcək".
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrünün 65 yaş olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB