"Son 4-5 il ərzində "Azərbaycanda sosial-iqtisadi sahə üzrə müsbət tendensiyalar nəzərə çarpır. Bu müsbət tendensiyalar informasiya texnologiyaları hesabına artıb". Bunu SİA-ya iqtisadçı ekspert Samir Əliyev açıqlamasında deyib
Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi bir çox sahənin inkişafında özünü göstərməkdədir: "Son 4-5 il Azərbaycanda informasiya texnologiyaları baxımından yüksək inkişaf nəzərə çarpır. İnsanların bir çox işi internet vasitəsilə əl çatan hala gəlib. Bu, hər cəhətdən özünü göstərir. Həm kredit götürmə, həm də alqı-satqı işləri rahat aparılır. Onlayn vasitələrdən və kredit kartlarından istifadə edənlərin sayı artıb. Xüsusilə də onlayn vasitələr hesabına müəyyən irəliləyişlər nəzərə çarpacaq dərəcədə artıb. Kredit almaq asanlaşıb".
Ekspert qeyd edib ki, digər bir müsbət tendensiya əhalinin gəlirləri ilə bağlıdır: "Bu il əhalinin gəlirlərində də müəyyən dərəcədə artım müşahidə olunub. Sahibkarların sayında da artım olub. Hazırda qeydiyyat asanlaşıb. İstənilən şəxs qeydiyyatdan keçərək, rəsmi olaraq sahibkara çevrilə bilir. Milli valyutanın sabit qalması sahibkarların qazanclarını eyni səviyyədə saxlayıb və inflyasiyaya uğramayıb. Yəni onların qazancı dəyərsizləşməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB